Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda Ağsaqqallar Şurasının iclası keçirilib

08 aprel 2021 | 16:00

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ağsaqqalların ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı əhəmiyyətli rolundan danışıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişaf prosesində ağsaqqalların fəaliyyətini yüksək qiymətləndirib.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Tahir Süleymanov yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından söz açıb. Bu qayğının təzahürüdür ki, bu gün Xaçmaz rayonunda ağsaqqallarla gənclərin işbirliyi vəhdət təşkil edir. Sonra təşkilati məsələlər müzakirə olunub.

Xaçmaz Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib. Məhərrəm Abbasov Xaçmaz Rayon Ağsaqqallar Şurasının sədri seçilib. İclasda, həmçinin Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri seçiliblər.

Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Tahir Süleymanov Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərini təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıblar.

Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm Abbasov göstərilən etimada görə minnətdarlığını ifadə edərək, şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Keçidlər