Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Çiləgir kəndində şəhidlərin məzarını ziyarət edib və şəhid ailələri ilə görüşüb

18 mart 2021 | 16:00

Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən Novruz bayramı ərəfəsində şəhid ailələri ziyarət olunur. Növbəti belə görüş rayonunun Çiləgir kəndində keçirilib.

Rayon rəhbərliyi və şəhid ailələrinin üzvləri əvvəlcə torpaqlarımızın azadlığı uğurunda canından keçən vətən oğullarının məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyublar.

Daha sonra Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid ailələrinin yaşadıqları ünvanlara gələrək ailə üzvləri ilə görüşüb. Rayon rəhbərliyi ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb.

Qeyd olunub ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə qayğısı, onların sosial müdafiəsinin gücləndirilməsi hər kəsdə məmnunluq yaradır. Xaçmaz rayonunda həm Birinci Qarabağ savaşı, həm də Vətən müharibəsində canından keçən mərd oğulların xatirəsi daim əziz tutulur. Şəhid ailələri və Qarabağ qaziləri ilə mütəmadi olaraq görüşlər keçirilir onlara hərtərəfli dəstək göstərilir.

Görüşlərdə ailələrə bayram sovqatları çatdırılıb. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər. Şəhid ailələri işğaldan azad olunan ərazilərdə həyata keçirilən genişmiqyaslı layihələri sevinc hissi ilə qarşılaşdıqlarını, yaxın zamanlarda əzəli və əbədi torpaqlarımıza səfər etmək azrusunda olduqlarını bildiriblər.

Keçidlər