Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda 8 mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə şəhid ailələrinin qız övladları yaşadıqları ünvanlarda təbrik edilib.

08 mart 2021 | 16:00

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid ailələrini ziyarət edərək onların qayğı və problemləri ilə maraqlanıb.

Bildirilib ki, torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, həmçinin müharibə əlilərinə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Görüşlərdə şəhid ailələrinin qız övladlarına gül dəstələri və hədiyyələrlə sevindirən rayon rəhbərliyi onlara gələcək həyatlarında uğurlar arzulayıb.

Şəhid ailələri dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər