Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı videoformatda növbəti vətəndaş qəbulu keçirib

03 mart 2021 | 16:00

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 03.03.2021-ci il tarixində vətəndaşları onlayn formatda qəbul edib.

Müraciətlər sosial müdafiə məsələləri, işıq dirəyinin yerinin dəyişdirilməsi, torpaq sahəsi üçün yolun açılması, suvarma suyu ilə təminatla bağlı olub.

Müraciətlər dinlənildikdən sonra bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə aidiattı qurumlar üzrə yönləndirilib.

Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı onlayn qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.

Keçidlər