Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Qadaşoba kəndində şəhidlərin məzarını ziyarət edib.

01 mart 2021 | 16:00

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Qadaşoba kəndində şəhid ailələri ilə birlikdə müxtəlif vaxtlarda şəhid olmuş hərbiçilərin məzarlarını ziyarət edib, sakinlər tərəfindən tikilmiş Şəhid Bulağı ilə tanış olub.

Ziyarət zamanı torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb.

Elnur Rzayev bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgərlərin xatirəsi daima yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücaət nəticəsində uzun illərdir işğal edilmiş torpaqlarımız bu gün işğaldan azad olunmuşdur. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut etmişdir, şəhidlərimizin qanı yerdə qalmamışdır.

Qeyd edilib ki, Ölkə başçısının və birinci vitse Prezident Mehriban xanım Əliyevanın tapşırıqlarına uyğun olaraq bütün dövlət qurumları və təşkilatlar tərəfindən Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailələrinə xüsusi diqqət və qayğı göstərilir, onların sosial problemlərinin həlli istiqamətində zəruri tədbirlər görülür.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 

Keçidlər