Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xaçmazda 613 ağac əkilib

23 fevral 2021 | 16:00

Fevralın 23-də “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Gəndob – Yalama yolunun Xaçmaz rayonundan keçən hissəsində ağacəkmə aksiyası keçirilib.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin, idarə, müəssisələrin rəhbərlərinin və könüllülərin iştirak etdikləri aksiyada Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə 613 ağac əkilib.

“Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilir. Kampaniya Xocalı soyqırımının, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi səbəbləri və nəticələri ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədi daşıyır. Kampaniyanın fəaliyyəti, həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsinə, sağ qalmış ailələrə dəstək göstərilməsinə, bu hadisələrin yaddaşlarda yaşamasına, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlib. Kampaniya çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə, irqi və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqaviməti nümayiş etdirməyə, Xocalı soyqırımı qurbanları ilə həmrəyliyi ifadə etməyə və Xocalıda azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə istiqamətlənib. Bu kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir.

Keçidlər