Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətində yeni kadr təyinatları olub.

16 fevral 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə müdir və böyük məsləhətçi vəzifələrinə təyinatlar olub.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müvafiq əmrləri ilə Fərzəliyev Vüqar Yadigar oğlu şöbə müdiri, Ağayev Elşən Xanağa oğlu böyük məsləhətçi vəzifəsinə təyin ediliblər.

Fərzəliyev Vüqar Yadigar oğlu 24.12.1974-cü ildə Xaçmaz şəhərində anadan olub, 2001-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbini bitirib, 2001-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edib, 24.11.2014-cü ildə ehtiyyata buraxılıb. Vətən müharibəsi başladıqdan sonra 07.10.2020-ci ildə yenidən ordu sıralarına çağırılıb, Füzuli və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. 10.01.2021-ci ildə ehtiyyata buraxılıb. Ehtiyatda olan mayordur. “Silahlı Qüvvələrin 10 illik Yubileyi”, “Qüsursuz xidmətə görə 3-cü dərəcəli”, “Qüsursuz xidmətə görə 2-ci dərəcəli”, “Silahlı Qüvvələrin 90 illik Yubileyi” və “Qüsursuz xidmətə görə 1-ci dərəcəli” medallarla təltif edilib.

Ağayev Elşən Xanağa oğlu 30.05.1992-ci ildə Xaçmaz rayonu Niyazoba kəndində anadan olub. 2013-cü ilə Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialını Tarix və Coğrafiya müəllimi ixtisası üzrə bitirib. 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edib, 2015-ci ildə ehtiyyata buraxılıb. Vətən müharibəsi başladıqdan sonra 29.09.2020-ci ildə yenidən ordu sıralarına çağırılıb, Füzuli, Xocavənd və Hadrut istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 30.12.2020-ci ildə ehtiyyata buraxılıb. Ehtiyatda olan baş leytenantdır. "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər