Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda ağaçəkmə aksiyası keçirilib.

19 dekabr 2020 | 16:00

19.12.2020-ci il tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq ağacəkmə aksiyası keçirilib.

Aksiyada Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, hüquq-mühafizə orqanlarının, idarə-müəssisələrin rəhbərləri və rayon gəncləri iştirak edib.

3 gün davam edən aksiya çərçivəsində Vətən müharibəsinin şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq Gəndob-Xaçmaz-Xudat və Xaçmaz-Quba yolunun kənarlarına 2783 ağac əkilib, eyni zamanda gənclərin təşəbbüsü əsasında Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanının 59 yaşı olması münasibətilə 24 dekabradək daha 5900 ağac əkiləcəkdir.

Keçidlər