Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı videoformatda növbəti vətəndaş qəbulu keçirib

09 sentyabr 2020 | 16:00

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 09.09.2020-ci il tarixində vətəndaşları onlayn qaydada qəbul edib.

Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən fərdi qaydada keçirilən onlayn qəbul əvvəlcədən müraciət edən sakinlərin iştirakı ilə baş tutub. Müraciətlər işlə təmin olunma, ev təmirinə köməklik, su və kanalizasiya sistemlərinin yenidən qurulması, qaz təchizatı, məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması iləbağlıolub.

Müraciətlər dinlənildikdən sonra bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə aidiyyatı qurumlar üzrə yönləndirilib. Həmçinin Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı onlayn qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün qəbuldan sonra müvafiq şöbələrə və idarələrə tapşırıqlar verilib.

Keçidlər