Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı rayon ərazisindəki şaftalı bağlarında məhsul yığımı ilə tanış olub.

08 avqust 2020 | 16:00

Azərbaycanda meyvəçiliyin inkişafı iqtisadi sahədə həyata keçirilən tədbirlərin ön sıralarında yer alır. Ölkədə aqrar sahə ilə bağlı qəbul olunan dövlət proqramları bazarın tələbinə uyğun məhsul istehsalının artırılması və əhalinin mühüm ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün elmi-iqtisadi əsaslar yaradır. Xaçmaz rayonunda da son illər ərzində meyvəçilik sahəsinin inkişafında müsbət nəticələr əldə edilib.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 07.08.2020-ci il tarixində şaftalı bağlarında aparılan məhsul yığımı ilə tanış olub və yerli fermerlərin qayğıları ilə maraqlanıb.

İcra Hakimiyyətinin başçısı meyvə bağlarında məhsuldarlığın yüksəldiləsi tədbirlərinə baxış keçirdərək, dövlət tərəfindən həyata keçirilən aqrotexniki dəstək mexanizmləri barədə fermerlərə məlumat vermişdir. Fermerlər əkin sahələrinin su təminatı ilə bağlı problemlərinin olduğunu su qıtlığının məhsuldarlığa mənfi təsir göstərdiyini bildiriblər.

Elnur Rzayev qeyd edib ki, su təminatı ilə bağlı cənab Prezident İlham Əliyev tərəfindən bu ilin aprel ayında xüsusi komissiya yaradılıb. Komissiya tərəfindən müvafiq təhlillər aparılıb və təkliflər verilib. Eyni zamanda Xaçmaz rayonu ərazisində 6 suvarma gölünün bərpası və həmin göllərdə xüsusi nasos stansiyalarının qurulması planlaşdırılıb. Cənab Prezidentin sərəncamı ilə əkin sahələrinin pivot suvarma sistemi ilə suvarılması üçün avadanlıqların güzəştli kreditlərlə verilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə vəsait ayırılıb. Əkin sahələrinin müasir sistemlər ilə suvarılması məhsuldarılığı artımına, həmçinin su itkisi hallarının azalmasına xidmət edəcək.

 

 

 

 

Keçidlər