Şriftin ölçüsü :

Saytın rəngi :

Su itkilərinə yol verilir, suyun mənbəyi düzgün təhlil edilmir

27 iyul 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev  iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə su təsərrüfatı və meliorasiya sistemində nəzərə çarpan və ciddi narahatlıq doğuran səhvlər barədə ətrtaflı bəhs edib, diqqəti yol verilən nöqsanlara, çatışmazlıqlara yönəldib:

 - Keçən il yaşanan quraqlıq onu göstərdi ki, böhranlı vəziyyətdə nə etməyin lazım olduğunu aidiyatı qurumlar düzgün müəyyən edə bilməyiblər;

 - su itkilərinə yol verilir, suyun mənbəyi düzgün təhlil edilmir. Xərclərə nəzarət çox aşağı səviyyədədir;

- suyun çatışmazlığı iqtisadiyyatımıza, kənd təsərrüfatının inkişafına, fermerlərin gəlirlərinə nə qədər böyük ziyan vurur;

- suya qənaət olunmalıdır, xarici mütəxəssislər cəlb edilməlidir. Bütün bu qanunsuz qoşulmalar tezliklə aradan qaldırılmalıdır. Yerli və mərkəzi icra orqanları, lazım gələrsə, hüquq mühafizə orqanları bu işlərə cəlb edilməlidir;

-  İtkilərin kəskin azaldılması ilə bağlı kompleks tədbirlər görülməlidir;

- su ehtiyatlarımızın qiymətləndirilməsində və su ehtiyatlarını artırma ehtimalının dəyərləndirilməsində və bütün digər işlərdə alimlər mütləq iştirak etməlidirlər. Bu işlərə ekologiya üzrə mütəxəssislər mütləq cəlb olunmalıdır;

- bu işləri səmərəli şəkildə davam etdirmək üçün vahid idarəetmə mexanizminin  işlənməsi  kimi, tədbirlərin həyata keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb.

Azərbaycan Prezidenti müşavirənin sonunda yaxın gələcəkdə enerji, nəqliyyat, ərzaq məsələləri kimi, su təhlükəsizliyinin də öz həllini tapacağına öz əminliyini bildirib.

Keçidlər