Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanda xalq və dövlətin mövqeləri bir-birini tamamlayır

17 iyul 2020 | 16:00

Təcavüzkar Ermənistanın dövlət sərhəddimizin Tovuz rayonu istiqamətində xaincəsinə hücumunun qarşıısının   Azərbaycan Ordusu tərəfindən  qətiyyətlə alınması, düşmənə ağır zərbələr endirilməsi, canlı qüvvələrini  və texnikaların məhv etməsi xalq tərəfindən coşğunluqla qarşılanmışdır. Şəhidlərimizin qanları yerdə qalmadı, qisasları alındı. Bu hadisələr ölkəmizdə xalq və Prezident, xalq və ordu birliyini yenidən təsdiq etdi. Azərbaycan Ordusu bir daha göstərdi ki, Ermənistan Ordusu onun qarşısında aciz və cılızdır.

Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların vəziyyəti düzgün dəyərləndirmələri və analiz etmələri, son hücumların məhz sərhəd zonasında baş verməsinin təsadüfi olmadığı, Ermənistanın və onun havadarlarının təcavüzkar niyyətinin yalnız Dağlıq Qarabağla məhdudlaşmadığını bildirmələri, Ermənistanın təcavüzünün təsdiq edilməsi baxımından əhəmiyyətlidir.

Siyasi partiyalar milli həmrəylik nümayiş etdirərək Azərbaycan dövlətinin və Ali Baş Komandanın yanında olduqlarını birmənalı olaraq dilə gətirsələr də təəssüf ki, bəzi siyasi çevrələr bu təlatümlü günlərdə hadisələrə münasibət bildirməyərək kənardan müşahidə etməyə üstünlük vermişlər. Yəqin ki, onlar adətləri üzrə yenə də hansı isə neqativ məqamlar axtarmağa, özlərini fərqli göstərmək üçün tənqid etməyə, mənasız xırdalıqları qabartmağa üstünlük verəcəklər.

Əlbəttə Azərbaycan xalqı da bu çətin günlərdə kimin kim olduğunu görür, hansı siyasi güclərin Vətən və dövlətçiliyi siyasi ambisiyadan üstün tutduğunu görür, onlara ən layiqli cavabını isə seçkilərdə verərək, layiq olduqları yeri göstərir.

Bu gün yüz minlərlə vətəndaşımızın  “Qarabağ bizimdir, bizim olacaq” şüarı, əhalinin yüksək vətənpərvərlik əhval-ruhiyyəsi bir daha sübut edir ki, Azərbaycanda xalq və dövlətin mövqeləri bir-birini tamamlayır.

Keçidlər