Şriftin ölçüsü :

Saytın rəngi :

Könüllülər vətəndaşlara çağırış etdi!

17 iyun 2020 | 16:00

Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarını əldə rəhbər tutan Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) start verdiyi "Bir-birimizi qoruyaq” kampaniyası Xaçmazda ilk gündən uğurla icra olunur.

"Bir-birimizi qoruyaq" aksiyasında fəal iştirak edən Xaçmaz Rayon Gənclər və İdman İdarəsinin  könüllüləri mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirirlər.

Gənclər əhalinin kütləvilik təşkil etdiyi xəstəxana, poçt, bankomat, park və xiyabanlarda vətəndaşlar arasında maarifləndirmə işləri aparıblar. Sakinlərin əllərini dezinfeksiya etdikdən sonra onlara əlcək və tibbi maska  paylayıblar. Aksiyanın keçirilməsində əsas məqsəd karantin rejiminin yumşaldılması ilə əlaqədar vətəndaşların kütləvi toplaşdığı yerlərdə sosial məsafənin qorunması və digər davranış qaydaları barədə sakinlər arasında ictimai maarifləndirmə aparmaq, cəmiyyətin sağlamlığını qorumaqdır.

Keçidlər