Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz əbədi və dönməzdir.

16 iyun 2020 | 16:00

Hər bir ölkənin inkişaf səviyyəsini, həmçinin dövlətin nüfuzunu və gücünü müəyyən edən başlıca amillərdən biri  məhz milli lider fenomenidir. Bəşər tarixinin milli liderlər salnaməsində xüsusi mövqeyi ilə seçilən ulu öndər Heydər Əliyev bu xüsusiyyətləri özündə uğurla birləşdirən böyük şəxsiyyətdir.

XX əsrin 90-cı illərində dövlət müstəqilliyi əldə etmiş Azərbaycan məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi altında üzləşdiyi  faciələri aradan qaldırmış, milli varlıq və idrakının, özünüdərkinin ali təzahür forması olan suveren, azad dövlət ideyasını uğurla gerçəkləşdirmişdir.

Ümummillin Liderin Azərbaycan tarixinə bəxş etdiyi əzəmətli bayram günlərindən biri də məhz 15 iyun Qurtuluş günüdür. Bu gün haqqında qürurla danışdığımız, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü xalqımız üçün yeni bir başlanğıc, ictimai tərəqqidə keyfiyyətcə yeni bir mərhələdir. Bu tarix həm də Azərbaycanda xaosdan, böhrandan, anarxiyadan inkişafa, sabitliyə doğru gedən yolun başlanğıcıdır.

1991-ci ilin oktyabr ayından 1993-cü ilin iyun ayınadək ölkədə cərəyan edən xaotik proseslər fonunda Azərbaycan dövlətinin mövcudluğunun qorunub saxlanması nəinki milli ideyaya çevrilmirdi, hətta ölkəyə ciddi təhdidlər belə var idi.

AXC-Müsavat iqtidarının yarıtmaz fəaliyyəti nəticəsində 1993-cü ilin ortalarında ölkədəki kriminagen vəziyyət son həddə çatmışdı. Hakimiyyətdəki birincilik davası vəziyyəti pik həddə catdırmışdı. İqtidar çaşqınlıq icərisində idi.  1993-cü ilin iyinun 4-də Gəncədə korpus komandiri   Surət Hüseynovun başcılıq etdiyi qüvvələrlə hökumət hərbciləri arasında silahlı toqquşmanın  baş verməsi nəticəsində hökumət qüvvələri məğlub edilmiş, qiyamçı Surət Hüseynovun hərbi dəstələri döyüş bölgəsini tərk edərək hakimiyyəti ələ keçirmək məqsədilə  Bakıya doğru hərəkət etməyə başlamışdılar. Cənubda isə  separatçı Əlikram Hümbətov praktiki olaraq bir neçə rayonun inzibati binasını güc yolu ilə  ələ keçirib AXC hakimiyyətinə tabe olmaqdan boyun qaçırırdı. Ölkənin Şimalında  Azərbaycan vətəndaşı olan milli azlıqlara məxsus bəzi etnik qruplar arasında da kənar qüvvələrin təsiri ilə inamsızlıq və etimadsızlıq toxumu səpilirdi ki, bunun da separatçılığa çevrilmə ehtimalı özünü büruzə verməyə başlamışdı.

Azərbaycan sadəcə daxili yox, xarici siyasət və təhlükəsizlik problemləri ilə qarşılaşmışdı. 1993-cü ilin iyun günlərində sinəsi qardaş qırğınına meydan olan, erməni qəsbkarları tərəfindən günbəgün yeni torpaqlarının  işğal edilməsinə baxmayaraq, ABŞ Konqresi Dağlıq Qarabağ münaqişəsini əsas gətirərək Azadlığın Dəstəklənməsi Aktına 907-ci düzəlişi edərək Azərbaycana Amerikanın birbaşa yardımını qadağan etmişdir. Maraqlıdır ki, 907-ci düzəlişdə məhz Azərbaycan işğalçı tərəf kimi göstərilirdi.

Bütün bunları görən və bu proseslərin içərisində yaşayan Azərbaycan xalqı ayağa qalxdı və təkidlə Heydər Əliyevi respublika rəhbərliyinə cağırdı. Vəziyyətin son dərəcə kritik olduğunu görən AXC-Müsavat iqtidarı da ümid yeri kimi Heydər Əliyevə müraciət etdi və Bakıya gəlib hər şeyi öz nəzarətinə götürməyi təkidlə xahiş etdi.

1993-ci ilin iyun hadisələri zamanı xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev, ilk növbədə, vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması üçün ciddi və təxirəsalınmaz addımlar atıldı.

AXC rəhbərliyinin məsuliyyətsiz bəyanatları nəticəsində  qonşu ölkələrlə gərginləşmiş münasibətlər aradan qaldırıldı. Hərb cəbhəsində atəşkəsə nail olundu. Bu, Azərbaycan üçün olduqca vacib idi. Çünki hərbi əməliyyatların davam etməsi Azərbaycan iqtisadiyyatının onsuz da  ağır olan vəziyyətini daha da ağırlaşdıra bilərdi.

Atəşkəsin əldə edilməsi ilə yaranmış fasilədən ümummilli lider  Heydər Əliyev ölkədə dövlət quruculuğu işinin aparılması və ictimai-siyasi sabitliyin bərqərar olması, iqtisadi və maliyyə sabitliyinin yaradılması üçün çox ciddi siyasətin həyata keçirilməsinə başladı. Ölkədə tədricən həyat öz axarına düşdü. Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların fəal üzvlərindən birinə çevrildi.  27 il əvvəl reallaşan xilaskarlıq missiyası bu gün ölkəmizin dünyada sabitlik adası kimi tanınmasının, dünya birliyinin fəal üzvlərindən birinə çevrilməsinin, söz sahibi olmasının əsasını qoydu.

Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu gün Azərbaycanı dünya miqyasında tanıdıb. Bu uğurların əsası  1993-cü il iyunun 15-də  Ulu Öndərin xalqın tələbi ilə hakimiyyətə gəldiyi gün qoyuldu. Xalqımız haqlı olaraq bu günü Milli Qurtuluş Günü kimi bayram edir.

Keçidlər