Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı imtahan keçiriləcək məktəblərdə yaradılmış şəraitlə tanış olub.

09 iyun 2020 | 16:00

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə imtahan mərkəzlərində imtahandan əvvəl hazırlıq işləri ilə yaxından tanış olub. 

İcra başçısı imtahan binalarında mövcud olan sanitar qovşaqlar, mexaniki və təbii havalandırma, işıqlandırma və su-kanalizasiya sistemlərinin təmizlik və dezinfeksiyası, dəhlizlərdə əl dezinfektantları üçün dispenserlərin quraşdırılması kimi tələb olunan ümumi şərtlərin yerinə yetirilmə səviyyəsi ilə maraqlanmış və görülməsi zəruri olan tədbirlərin yüksək səviyyədə icra edilməsi ilə əlaqədar müvafiq göstərişlər vermişdir.

Rayon rəhbəri Xaçmaz rayonu üzrə müəyyən edilmiş on bir məktəb binasının (Xaçmaz şəhər 1, 2, 4, 5, 7, 8, 9 nömrəli, Xudat şəhər 2, 4 nömrəli, Köhnə Xaçmaz və Nərəcan kənd orta məktəbləri) vacib olan sahələrinin müvafiq tələblərə riayyət edilərək dezinfeksiya edilməsini tapşırmışdır.

Keçidlər