Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz gəncləri Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin başlatdığı "Bir-birimizi qoruyaq" kampaniyasını uğurla davam etdirir.

02 iyun 2020 | 16:00

Bu kampaniya çərçivəsində gənclərimiz şəhərin mərkəzi küçələrində vətəndaşlar arasında maarifləndirmə işləri aparıb, əllərini dezinfeksiya etdikdən sonra onlara əlcək, maska və məlumatlandırıcı bukletlər paylayıblar. ⠀⠀

Həmçinin aksiya çərçivəsində gənclər rayon ərazisində əhalinin çox olduğu müxtəlif məkanlarda - restoran, kafe, mağaza, nəqliyyat vasitələri və parklarda koronavirusdan qorunmaq məqsədilə hazırlanan üzərində təbliğat və təşviqat yazıları əks olunmuş stikerlər yapışdırdılar.

Gəlin, qaydalara əməl edək, sağlamlığımızı qoruyaq!

Keçidlər