Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Çinartala kəndində sakinlərin növbəti səyyar qəbulunu keçirib

03 oktyabr 2019 | 16:00

  Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin növbəti səyyar qəbul-görüşü keçirildi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin və xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etdilər.

  Rayon icra başçısı Şəmsəddin Xanbabayev, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, yerlərdə mütəmadi səyyar qəbul və görüşlər keçirildiyini qeyd edib və belə görüşlərin, əhalini narahat edən problemlərin yerində öyrənib operativ həllində önəmli məqsəd daşıdığını bildirib.

  Sakinlər tərəfindən səsləndirilən rəy, təklif və problemlər dinlənilib, onlara  müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli üçün rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

  Sonda qəbulda iştirak edən sakinlər rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və yerlərdə mütəmadi olaraq keçirilən səyyar qəbul və görüşlərin əhali tərəfindən qaldırılan məsələlərin həllində böyük əhəmiyyət daşıdığını vurğuladılar.

Keçidlər