Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Xaçmaz rayon təşkilatı Gənclər Birliyinin VIII konfransı keçirilib

10 aprel 2019 | 16:00

  Konfrans iştirakçıları əvvəlcə  Xaçmaz şəhərində Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül-çiçək dəstələri düzüblər.

  Konfransı giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev açaraq gənclərin ictimai-siyasi proseslərdə fəal iştirak etdiyini bildirib.

  Hesabat məruzəsi ilə çıxış edən YAP Xaçmaz rayon təşkilatı Gənclər Birliyinin sədri Emil Tağıyev ötən müddət ərzində görülən işlər barədə geniş məlumat verib. O, gənclərin fəallığından, rayonun ictimai-siyasi həyatında yaxından iştirak etməklərindən, dövlətə, dövlətçiliyimizə, Prezidentimizə həmişə sədaqətli olduqlarından bəhs edib.

  Daha sonra konfransda Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Milli Məclisin deputati İlham Əliyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Xaçmaz rayon təşkilatı İdarə heyətinin üzvü, rayon Təhsil şöbəsinin müdiri Mədinə Nurməmmədova, fəal gənclər Kazım Balakişiyev və Azərin Məmmədova çıxış edərək ölkə rəhbərliyinin gənclərə göstərilən diqqət və qayğısından danışıblar.

  Konfransda  YAP Xaçmaz rayon Gənclər Birliyi şurasının yeni tərkibi seçilib, Fərid Musayev YAP Xaçmaz rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib.

  Tədbirdə YAP Gənclər Birliyinin konfransına nümayəndələr də  seçilib.

  Sonda partiya sıralarına daxil olmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.

Keçidlər