Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda rabitə işçilərinin peşə bayramı qeyd edildi

06 dekabr 2018 | 16:00

  06 dekabr 2018-ci il tarixində Xaçmaz Heydər Əliyev Mərkəzində Rayon Icra Hakimiyyətinin təşkilatçılığı ilə rabitə işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir..
  Tədbir İştirakçıları ilk öncə Mərkəzin önündə   ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, xatirəsini yad etdilər.
  Tədbirdə çıxış edən Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının birinci müavini İlhamə Nəzərova  rabitə işçilərini təbrik edərək qeyd etdi ki, bu gün Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin 02 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsis olunub. O vaxtdan bütün respublikada rabitəçilər və informasiya texnologiyaları sahəsinin işçiləri öz peşə bayramlarını qeyd edirlər. İlhamə Nəzərova qeyd etdi ki, peşə bayramının məhz bu gündə qeyd olunması Azərbaycanda ilk telefon xəttinin yaradılması ilə bağlıdır. Belə ki, 1881-ci il dekabrın 6-da Bakıda “Nobel qardaşları” cəmiyyəti tərəfindən ilk telefon xətti çəkilmişdir.
  Natiq bildirdi ki, Azərbaycanda rabitə sahəsi Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyəti illərində xüsusilə inkişaf etməyə başlayıb. Azərbaycanda rabitə sisteminin əsas inkişaf dövrü 70-80-ci illərə təsadüf edir. Həmin illərdə respublikaya rəhbərlik etmiş Heydər Əliyevin bu sahənin inkişaf etdirilməsinə göstərdiyi xüsusi diqqət o dövrün rəsmi sənədlərində geniş şəkildə öz əksini tapır. Bu gün də  dövlətimiz bu siyasəti uğurla davam etdirir. 
  Daha sonra bir sıra rabitə işçisinə Rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanları təqdim edilmişdir.

Keçidlər