Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd edildi

05 oktyabr 2018 | 16:00

 5 oktyabr 2018-ci il tarixində Xaçmaz  rayon İcra Hakimiyyətinin dəstəyi və Xaçmaz rayon Təhsil Şöbəsinin birgə iştirakı  ilə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirildi.
      Tədbirdə Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının birinci müavini İlhamə Nəzərova , Xaçmaz rayon Təhsil şöbəsinin müdiri Mədinə Nurməmmədova ,  rayon ərazisində fəaliyyət göstərən müxtəlif peşə-təhsil müəssisələrinin nümayəndələri , orta ümumtəhsil məktəblərinin rəhbərləri, rayonun qabaqcıl pedaqoqları və gənc müəllimləri  iştirak etdilər.Xaçmaz rayon İcra Hakimiyyəti Başçısı adından müəllimləri təbrik edən Rayon İcra Hakimiyyəti başçısının birinci  müavini İlhamə Nəzərova son illər bir sıra sahələrdə olduğu kimi, ölkədə təhsil sahəsində də yaddaqalan uğurlar əldə edildiyini bildirdi. İlhamə Nəzərova vurğuladı ki, Azərbaycanda yeni gənc nəslin yetişməsi və tərbiyə olunmasında təhsilin, məktəbin əhəmiyyəti, rolu çox böyükdür və bütün bu uğurlar Prezident İlham Əliyevin təhsil sahəsində apardığı siyasətin məqsədyönlülüyünün bariz sübutudur. 
      Xaçmaz rayon Təhsil Şöbəsinin müdiri Mədinə Nurməmmədova  məhz müəllimlərin uşaq və gəncləri vətənə məhəbbət ruhunda tərbiyə etdiyini, onları vətənin müdafiəsinə hazırladığını vurğulayaraq xalqın gələcəyinin müəllimlərin əsas silahı olan bilikdən asılı olduğunu qeyd etdi. 

  Eyni zamanda bildirildi ki,  Azərbaycan Respublikasının Prezidenti tərəfindən pedaqoji fəaliyyətində  xidmətlərinə  görə Əskərov Vilayət  İsa oğlu  “Tərəqqi” medalı ilə təltif edilməsi dövlətin müəllimə olan diqqətinin göstəricisidir.
    Daha sonra Beynəlxalq Müəllimlər Günü münasibətilə  tədbir iştirakşçıları və təhsil sahəsində  uğurlar qazanmış  bir qrup təhsil işçisi Ulu Öndərin abidəsi önünə gül dəstələri qoydular. 
    Sonda tədbir  iştirakçıları Heydər Əliyev Mərkəzinin önündə xatirə şəkli çəkdirdilər. 

Keçidlər