Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunun 123 ümumtəhsil müəssisəsində “Bilik Günü” qeyd olunub.

15 sentyabr 2018 | 16:00

  Respublika Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli 114 saylı fərmanı ilə 15 sentyabr Azərbaycanın bütün təhsil müəssisələrində “Bilik Günü” kimi qeyd olunur. 2018-2019-cu tədris ilində “Bilik Günü”nün qeyd olunması və ilk dərs günləri haqqında haqqında Azərbaycan Respublikası təhsil nazirinin 30 avqust 2018-ci il tarixli, F-579 nömrəli əmrinə əsasən respublikamızın hər yerində olduğu kimi, Xaçmaz rayonunda da “Bilik Günü” yüksək səviyyədə qeyd olunub.
    Xaçmaz  rayon İcra Hakimiyyəti  aparatın məsul işçiləri  şagirdləri  təbrik etmək üçün rayonda fəaliyyət göstərən hər bir  məktəbdə olmuş və  təşkil olunmuş “Bilik Günü”ndə iştirak etmişlər.
    Xaçmaz rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova Xaçmaz şəhər 7 saylı tam orta məktəbdə olmuş, “Bilik Günü” tədbirində iştirak etmişdir. 
    Dövlət Himni səsləndikdən sonra məktəbin direktoru Şamama Nəsirova  “Bilik Günü”nü açıq elan edərək bu əlamətdar gün münasibətilə təbriklərini çatdırıb.
Məktəbin direktoru  çıxış edərək  tədbirdə iştirak edən qonaqları, bütün müəllimləri, şagirdləri, valideynləri salamlayaraq yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. Ölkə  rəhbərliyinin bu gün təhsilə  olan qayğısından, uşaqlara olan sonsuz sevgisindən söz açaraq göstərilən etimadı bundan sonra da yüksək səviyyədə doğruldacaqlarını qeyd edib. 
    Xaçmaz rayon İcra Hakimiyyətinin başçısının birinci müavini  İlhamə Nəzərova  çıxış edərək 15 sentyabr “Bilik Günü” münasibətilə müəllim və şagirdləri, valideynləri səmimi qəlbdən təbrik edib, Respublika Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə təhsil sahəsinə göstərilən yüksək qayğıdan danışıb. Qeyd edib ki, ölkə Başçısının göstərişinə əsasən respublikamızın bütün bölgələrində yeni məktəb binaları tikilir, müəllim və şagirdlərin təlim-tədris şəraiti daha da yaxşılaşdırılır. Bu gün ali məktəblərə qəbul zamanı istər şəhər, istərsə də kənd məktəblərindən olan məzunların yüksək bilik nümayiş etdirməsi bu diqqət və qayğının əyani şəkildə göstəricisidir.
   İlhamə Nəzərova  bildirib ki, bu gün rayonumuzda birincilər sırasında olan məktəblərin sayı hər il artmaqdadır. İlk dəfə olaraq rayon məzunlarından Jalə Rəcəbovanın 700 bal toplaması bunun bariz nümunəsidir.  
   Sonda bayram əhval-ruhiyyəli tədbirdə söz birincilərə verilib. Məktəblilər Vətənə, torpağa, anaya, orduya, dövlət atributlarımız olan bayrağa, himnimizə həsr olunmuş şeirlər səsləndiriblər.
   Daha sonra ilk zəng çalınmış və dərslər başlanılmışdır. 

Keçidlər