Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaq Yaradıcılıq Mərkəzinin fəaliyyəti ilə bağlı tədbir keçirildi

24 may 2018 | 16:00

  Xaçmaz rayon İncəsənət Muzeyində    Uşaq Yaradıcılıq Mərkəzinin fəaliyyətinə həsr olumuş  tədbir keçirilmişdir. Tədbirdə  Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının birinci müavini İlhamə Nəzərova, rayon təhsil şöbəsinin müdiri, mədəniyyət müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri, Xaçmaz rayonunun  Uşaq Yaradıcılıq Mərkəzlərinin şagird və müəllimləri, rayon gəncləri  iştirak ediblər.
  Tədbir ilk öncə dövlət himninin səslənməsi ilə başlanıb. Daha sonra   Uşaq Yaradıcılıq Mərkəzinin şagirdləri öz bacarıqlarını nümayiş etdirən maraqlı bədii nümunələr sərgiləyiblər. Şagirdlərin bacarıqları incəsənətin bütün sahələri üzrə təqdim olunmuşdur. Tədbirdə çıxış edən  Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının birinci müavini İlhamə Nəzərova uşaqları, onların valideynlərini, eləcə də bütün iştirakçıları salamlayaraq  tədbir iştirakçılarına uğurlar arzulamışdır.  İlhamə Nəzərova bildirib ki, uşaqlar hər zaman  dövlət qayğısı ilə əhatə olunublar. Prezidentimiz cənab İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Körpə balalarımızın sağlamlığı, təlim və tərbiyəsi ilə bağlı daim  ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə geniş istiqamətli iş aparılır.  
  Daha sonra tədbir iştirakçıları  uşaqların əl işlərindən təşkil olunmuş geniş sərgi ilə tanış olmuş  və xatirə şəkli çəkdirilmişdir. 

Keçidlər